Apr 14 , 2016 | 02:01 / Mühüm hadisələr
11 aprel 2016-cı il tarixində Moskva Dövlət Universitetində gənc alim, tələbə və aspirantların sayca XXIII Beynəlxalq Elmi Konfransı “Lomonosov-2016” keçirilmişdir. AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin elmi işçisi, dissertant Elnur Baloğlanov ənənəvi keçirilən və miqyasca böyük coğrafiyanı əhatə edən elmi tədbirə apardığı elmi-tədqiqat işinin nəticələrini müzakirə etmək məqsədilə qatılıb. O, “Geologiya” seksiyası üzrə (“Geokimya” yarımseksiyası) “Газогидрохимические показатели связи грязевого вулканизма с сейсмичностью” mövzusunda geniş məruzə ilə təqdimat edib. Gənc mütəxəssis, həmçinin AMEA-nın 70 illik yubileyi münasibətilə AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsində 3 dildə hazırlanmış və yenicə çapdan çıxmış “Dünyanın palçıq vulkanları atlası” haqqında da geniş məlumat verib.
Elnur Baloğlanov konfransın Elmi Təşkilat Komitəsi tərəfindən sertifikata layiq görülüb. Elmi tədbir 15 aprel 2016-cı il tarixinə kimi davam edəcəkdir.