Dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli
May 05 , 2016 | 04:03 / Musahibələr, çıxışlar
Oxunma ( 1278 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda elmi konfransda məruzəsi

 

Azərbaycanda formalaşmış fundamental milli siyasi iradə günü-gündən artan cağdaş dövrün davamlı və artan tələblərinə rəğmən mahiyyət və forma etibarı ilə sabitlik statusunu qorumaqdadır. Məhz bu avanqard siyası strategiya, ölkəmizin dinamik inkişafının qarantı olmaqla, həm də onun artan gücünün və dayanıqlı inkişafının dəyişməz formuluna çevrilmişdır.

Hər bir tarixi millətin, güclü dövlətin qızıl tarixini yaradan, gələcəyinin inkişaf fromulunu formalaşdıran tarixi şəxsiyyətləri və ümumilli statuslu ideoloqları olur. Bugün, Azərbaycanın təkcə Qafqazda deyil, qlobal miqyasda artan nüfuzunda və milli iradəsinin fundamentində model bir siyasi ənənə durur. Bu millli siyasi modelin banisi, Azərbaycanın ümummilli lideri - Heydər Əliyevdir. Onun sağlam və sarsılmaz milli idealogiyasının davamlılğında gənclər siyasəti daim ön sıralarda dururdu. O, daim gəncləri ölkənin ictimai-siyasi həyatında aktiv olmağa çağıraraq, yaxın gələcəkdə daha da dinamik inkişaf yoluna qədəm qoyacaq Azərbaycanın sonrakı uğurlarını gəncliyə göstərilən etimadda görürdü. Təcrübəli siyası lider Azərbaycanın ümumilli siyasi iradəsinə sadiq qalacaq, onun gələcək rifahı naminə maraqlarını qoruyacaq və ən əsası, o dövrki siyasi fundamental bazanın formalaşdırmaq üçün gənclərin  milli ruhrda yetişdirilməsini və ümumi fəaliyyətə cəlb ediməsini dövlətin əsas proriteti kimi daim irəli sürürdü.  

Məhz ö dövrkü fundamental siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilməklə bərabər, siyasi, iqtisadi, humanitar, sosial və s. irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.  Sevindirici haldır ki, gənclər, həm də dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Birmənalı şəkildə qəbul etmək olar ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını, məhz ümummilli lider qoymuşdur. Beləki, 1995-ci ildən bu yana Azərbaycan gənclərinin ənənəvi forumlarının keçirilməsi artıq ənənə halını almışdır. Ulu uöndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada beynəlxaq gənclər günü elan edilməmiş, Azərbaycanda 1996-ci ildə “2 fevral – ümumrespublika Gənclər günü”nün təsis edilməsi haqqında mühüm strateji Qərarın verilməsi gəncliyə bəslənən böyük ümidin göstəricisi  və  dəyərin qiyməti idi.

Müsair Azərbaycanda aparılan gənclər siyasəti, gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstəyin verilməsi Heydər Əliyev siyasətinin düşünülmüş modifikasiyası baxımından gələcəyimiz üçün çox böyük perspektivlər yaradır ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin konsepsiyasında öz təzahürünü tapır. Bununla əlaqədar, keçən il başa çatmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr, görülən işlər irsi davam etdirilən fundamental gənclər siyasətinin mühüm prioritetlərindəndir!

Müxtəlif sahələrdə fəaliyyət göstərən kreativ-intellektual gənclərin elmi-ictimai fəaliyyətinin inkişafına xidmət edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, gənclər üçün Prezident Mükafatının təsis edilməsi və s. bu kimi mühüm tədbirlərin həyata keçirilməsi, Heydər Əliyev gənclər siyasətinin klassik dəyərlərinə söykənən və müasir inkişafı hədəfləyən Azərbaycanın gənclər siyasətinin yeni prioritetlərini təşkil edir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı yekunlaşmamış, onun məntiqi davamı kimi qiymətləndirilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı artıq gənclər siyasətinin müddətli deyil,  onun dövriliyinin, eləcə də davamlılığının təminatına və qarantına çevrilmişdir.

Ümumilikdə götürdükdə,qəbul edilən proqram və strategiyanın əhatə qrupları, məqsədləri və bu yöndə ölkə prezidenti tərəfindən edilən çağırışlar elmi gəncliyin inkişafı üçün yeni hədəflər formalaşdırır. Bu qeyd etiyim mühüm məsələlər, son üç ildə Akademiyanın 3 gənc alim və mütəxəssisinin elm üzrə Prezident mükafatına layiq görülməsi, artıq demək olar ki, hər il Dövlət hesabına çoxsaylı gənc elmi araşdımaçıların dünyanın ən mütərəqqi inkişaf etmiş ölkələrinə həm magistr,  PhD və həm də post doktor statusları altında təhsillərinin və elmi təcrübələrinin arrtırılması məqsədilə göndərilməsi, sözün gerçək mənasında Azərbaycanın müasir gənclər siyasəti ilə elmi gəncliyinin hədəflərinin uzlaşmasında dönüş nöqtəsinə çevrilmişdir.

Təmsil etdiyim AMEA Gənc Alim və Mütəxəssislər Şurası və onun 3000 üzvü özünün elmi-ictimai fəaliyyətində daim Heydər Əliyev irsinə sadiqlik göstərməklə, onun gənclərlə bağlı tövsiyə və çağrışlarından ilham alır. Biz həm də, cəmiyyətin elitar zümrəsi ki, Heydər Əliyev irsinin mənimsənilməsi, təbliği və yetişməkdə olan gəncliyin bu ruhuda tərbiyələndirilməsi üçün patyaxt və regionlarda peşəkar fəaliyyətimizi və təbliğatimizi davam etdiririk. Məlum olduğu kimi, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının əsas fəaliyyət istiqamətlərindən biri paytaxtda və regionlarda fəaliyyət göstərən müvafiq təşkilatlarla əməkdaşlıq etmək, ümumtəhsil müəssisələrində müxtəlif statuslu seminarlar təşkil etməkdir. Bununla əlaqədar, Şura indiyədək Gəncə, Şəki, Quba, Lənkəran və s. şəhərlərdə fəaliyyət göstərən və Heydər Əliyev isrini davam etdirən Yeni Azərbaycan Partiyasının Şəhər Gənclər Təşkilatları ilə mütəmadi görüşmüş, faydalı diskusiyalar aparmışdır. Məhz belə görüşlərin nəticəsində AMEA Gənc Alim və Mütəxəssislər Şurası, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər YAP-nın təşkilatçılığı ilə keçən ilin may ayında qədim Gəncədə “Heydər Əliyev və çağdaş elmi gənclik” mövzusunda ümumrespulika miqyaslı elmi-praktiki konfrans keçirilib və ulu öndərin Azərbaycanın gənclər siyasətindəki roluna dair geniş müzakirələr aparılmışdır. Yeri gəlmişkən onu da qeyd edim ki, analoji mövzuda növbəti konfransımız bu ay dünyanın model multikultural mərkəzi sayılan Quba şəhərində təşkil olunacaq. Fürsətdən istifadə edib mən bütün gəncləri o tədbirdə iştirak etməyə dəvət edirəm.

Diqqətinizə görə minnətdaram!

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.