GƏNC ALİM "ONLAYN DÜNYA FLORASI"NIN NÖVBƏTİ BEYNƏLXALQ MÜŞAVİRƏSİNDƏ İŞİRAK EDİB
May 31 , 2016 | 08:52 / Mühüm hadisələr
Oxunma ( 2537 )

Dünyanın aparıcı və ən zəngin botanika bağlarından hesab olunan Missuri Botanika Bağı, Nyu-York, Edinburq Kral və Kyu Kral Botanika Bağları ilə birgə təsis etdiyi “Onlayn Dünya Florası”nın (ODF) V seminarı Nyu Yorkda keçirilib. 25-dən cox tərəfdaş ölkənin iştirak etdiyi görüşdə Azərbaycan tərəfini AMEA Botanika İnstitutunun elmi işçisi, b.ü.f.d. Rəşad Səlimov təmsil edib. Tədbirdə  ODF üçün istifadə olunacaq müvafiq verilənlər bazasının seçilməsi və təkmilləşdirilməsi, habelə daxil ediləcək məlumatın məzmunu, həcmi və keyfiyyəti barədə fikr mübadiləsi aparılıb və tərəfdaş ölkələrin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Müqaviləyə əsasən şurasının ildə iki dəfə təşkili nəzərdə tutulan növbəti seminarının Cənubi Afrika Respublikasının Pretoriya şəhərində keçirilməsi müzakirə olunub.
Qeyd edək ki, AMEA Botanika İnstitutu və 2014-cü ildə imzalanmış Memoranduma əsasən ümumdünya təşkilatı ilə Azərbaycan florasında yayılmış bitki növlərinin, eləcə də tip nümunələrinin inventarizasiyası, rəqəmsallaşdırılması və saxlanması istiqamətində əməkdaşlıq həyata keçirir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.