AMEA-nın magistraturasına qəbul prosesində müsahibə mərhələsinə start verilib
İyn 10 , 2016 | 01:30 / ELMİN TƏBLİĞİ
Oxunma ( 4269 )

2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq istəyən bakalavrların ixtisaslaşma seçimi iyunun 9-da başlanıb və iyunun 19-dək davam edəcək.

İxtisas seçiminə cari ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən minimal müsabiqə şərtlərini ödəmiş bakalavrlar buraxılırlar.

Bakalavrlar “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan müəyyənləşdirilmiş 20-dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrlar seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla TQDK-nın internet saytında öz elektron ərizə formasına daxil edir. Hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini göstərir və öz ixtisaslaşma seçimini təsdiqləyir.

Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

AMEA-nın magistraturasına qəbul müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə olmaqla yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar iyunun 9-dan 12-dək elektron qeydiyyatdan, iyunun 13-də və14-də isə AMEA-da müsahibədən keçməlidirlər.

Online qeydiyat üçün aşağıdakı linkə müraciət edə bilərsiniz. https://eservices.tqdk.gov.az/erizemag/AMEAmusahibe/

Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər ixtisas seçimində AMEA-nın ixtisaslaşmalarını qeyd edə bilərlər.

“Magistr” jurnalının dördüncü nömrəsində bütün ixtisaslarla və plan yerləri ilə tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.