AMEA Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq vebinarların keçirilməsi davam etdirilir
İyn 13 , 2016 | 04:00 / Görüşlər
Oxunma ( 3367 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) beynəlxalq vebinarların (internet vasitəsi ilə seminar) keçirilməsi davam etdirilir. Seminarda GEİ-nin Ekobotanika və sistematika şöbəsinin elmi işçisi, eyni zamanda Türkiyənin Orta Doğu Teknik Universitenin doktorantı Tural Cavadzadə “Bitkilərdə DNT Barkodları” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi bitkilərdə DNT barkodları (DNA Barcoding) haqqında ümumi, bitki nüvə və xloroplast DNT-lərində yerləşən bəzi kodlaşdırılmayan genlərin (trnL intron, trnL-trnF intergenic spacer, ITS) sekvensi, NCBI-a nukleotid ardıcıllıqlarının əlavə edilməsi, bunların bitki sistematikasına tətbiqi haqqında geniş məlumat vermişdir. Bundan əlavə MEGA 6.0 proqramında filogenetik ağacın qurulması və müasir sistematikada molekulyar filogeniyanın önəmi xüsusi olaraq vurğulanmış, mövzu və verilən suallar ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və AMEA-nın müxbir üzvü İ.Şahmuradov da iştirak etmişlər.

Sonda nəzərə çatdırılmışdır ki, yaxın zamanda bu metoddan istifadə edərək GEİ-nin Biotexnologiya şöbəsində Azərbaycandan toplanılan bitkilərin molekulyar filogenetik tədqiqinə başlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.