ELAN
İyn 14 , 2016 | 12:47 / Mühüm hadisələr
Oxunma ( 2991 )

Hörmətli Şura sədrləri!
17 iyun 2016 cı il tarixində, saat 14.30 da AMEA-nın Əsas binasının IV mərtəbəsində (Ədəbiyyat İnstitutunun akt zalında) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ümumi iclası keçiriləcəkdir. İclasda AMEA Fəlsəfə və Hüquq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm” adlı kitabının təqdimatı, oktyabr ayında Gəncədə keçiriləcək Forumla bağlı işlərin vəziyyəti, “Gənc Tədqiqatçı” Jurnalının növbəti nəşri və dıgər məsələlər müzakirə olunacaq.
Şura sədrləri və müavinlərinin yığıncaqda iştirakı mütləqdir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.