Dünyanın gənc alimləri bu dəfə Qədim Gəncədə bir araya gələcəklər
Okt 08 , 2016 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 3557 )

Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası  Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə 10-14 oktyabr 2016-cı il tarixlərində qədim Gəncə şəhərində bu mühüm hadisəyə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq Forumuna hazırlıq üzrə təşkilati işlər başa çatıb. Konfransın Təşkilat Komitəsinin sədr müavini, Amea Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanovun məlumatına görə, bu möhtəbər elmi tədbirə ümumilikdə 25 ölkənin 530 gənc alim və mütəxəssisləri müraciət edib. Elmi Təşkilat Komitəsinin ekspertizasına uyğun olaraq 350-yə yaxın gənc tədqiqatçının əsəri qoyulan tələblərə cavab vermiş və qəbul olunmuşdur. Foruma on iki ölkədən 26 gənc alim və mutəxssis dəvət olunub, artıq onların iştirakı təmin edilmişdir. Xarici ölkələrdən - Türkiyə, Makedoniya, Belorusiya, Rusiya, Polşa, Almaniya, Gürcüstan, Özbəkistan, İran, İraqdan eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindən Foruma təşrif buyuran gənc alimlər həm panel, həm də poster müzakirələrində məruzələrini təqdim edəcək və fikir mübadiləsi apara biləcəklər.

 

Forum - dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərin qlobal aktuallıq kəsb edən məsələlər, o cümlədən tarixi, dini, mədəni və s. mövzular ətrafında birgə fikir mübadiləsi aparması məqsədini daşıyır.  Beynəlxalq tədbir çərçivəsində, həmçinin müxtəlif elmi sahələrdə fəaliyyət göstərən gənclərin dünya elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi istiqamətlər üzrə apardıqları tədqiqatlara dair disskusiyalarının təmin olunmasıını hədəfləyən konfransın da keçirilməsi nəzərdə tutulub.

Forum 14 oktyabra öz işini yekunlaşdıracaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.