Eldarov Məhəmməd Eldar

Eldarov Məhəmməd Eldar oğlu 1987-ci ildə anadan olmuşdur.

2004 – 2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universititetinin Biologiya fakültəsinin bakalavr pilləsini, 2009 – 2011-ci illərdə həmin fakültənin Biologiyanın tədrisinin metodologiyası və metodikası ixtisası üzrə magistratura pilləsini bitirmişdir.

2009-cu ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışır.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi 1-ci Qrant müsabiqəsinin(EİF-2010-1(1)) Qrant-Layihə icraçısı olumuşdur.

2012-ci ildə İngiltərədə Kral Botanika Bağları, Kew Toxum Mühafizə Genbankında “Toxum mühafizə metodları” adlı təlim-tədqiqat kursunda iştirak edərək  beynəlxalq sertifikata laiq görülmüşdür.

2012-ci ildən AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı və 2013-cü ildən Gənc Alim və Mütəxəssislər şurasının sədridir. “Azərbaycanda yayılmış Aegilops L. cinsi növlərinin ekoloji-botaniki tədqiqi və genetik müxtəlifliyi” dissertasiya mövzusu üzrə tədqiqat işi aparır.

2013-cu ildə Avropa Komissiyasi tərəfindən maliyyələşdirilən “Erasmus Mundus ALRAKİS II” fəaliyyət proqramı çərçivəsində elan edilmiş Qrant-Layihəsinin qalibi olmuş və 1-il müddətində Almanyanın Goettingen Universitetinin Bitki Ekologiyası və Ekosistem söbəsində dissertasiya mövzusu üzrə tədqiqat işi apararaq iqlim dəyişilməsinin bitkilərə təsiri, biomüxtəlifliyin mühafizəsi və müasir ekofizioloji analiz metodlarını öyrənmişdir.2014-cü ildə layihəni müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülmüşdür.

13 elmi əsərin müəllifidir. Məqalələri yüksək reytinqli xarici (3-ü impakt faktorlu) jurnallarda çap edilmişdir.

2014-cü ildə “Elmi fəaliyyətdə fərqləndiyinə görə” AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif edilmişdir.

2015-ci ildə Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən 2014-cü ildəki uğurlu fəaliyyətinə görə 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə"Gənclər Mükafatı"nın laureatıdır.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.