60 illik həyatının 40 ildən çoxunu elmə həsr edən torpaqşünas alim
Yan 27 , 2017 | 11:00 /
Oxunma ( 2188 )

Gülnarə Qəzənfər qızı Cəbrayılova 1975- ci ildə bu günə qədər Torpaqların Meliorasiyası laboratoriyada işləyir. O, həmin laboratoriyada laborant vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlmiş və həmişə mövzu planıa daxil olan işlərin təşkili,kimyəvi analizlərin yerinə yetirilməsinin əsas təşkilatçısı olmuşdur. Cəbrayılova G.Q. qızı həmişə laboratoriyanın mövzu planına daxil olan işlərin birinin rəhbəri və məsul icraşısıolmuşdur.

 Cəbrayılova G.Q. qızı uzun müddətli tədqiqatlarına əsasən Viləşçay su höv-zəsinin təsir dairəsində olan torpaqıarın ekoloji qiymətləndirilməsini vermiş, Mil düzündə meliorasiya olunmuş torpaqlarda su-duz rejimi və onların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri, təcrübə sahələrinin şorlaşma xəritələrinin tərtibi, şorakətləşmə proseslərinin müəyyən edilməsi istiqamətində elmi nəticələr əldə etmişdir.

Onun Respublikada və xarici ölkələrdə müxtəlif konfrans və nüfuzlu yurnallarda nəşr etdirdiyi məqalələr (50-dən çox) apardığı tədqiqatların nəticələrini əhatə etməklə suvarılan  torpaqların yaxşılaşdırılması istiqamətinə yönəldilmişdir.

Cəbrayılova G.Q. qızının 2012-ci ildə MDB-ölkələrinin alimləri ilə birlikdə nəşr etdirdikləri *Çirklənmiş torpaqların rekultivasiyası praktikası* (754 səhifə) adlı dərs vəsaiti bu gün həmin ölkələrdə universitetlərdə və Eilmi-Tədqiqat İnsti-tutlarında geniş istifadə edilir.

O,şəxsi təşəbbüsü ilə hər il müntəzəm olaraq  BDU,Az MİU və digər universitetlərin tələbələrinə torpaqlar haqqında ümumi məlumatlar verir, torpaqların kimyəvi analizlərə hazırlanması, yerinə yetirilmə metodları, əyani olaraq  bəzi analizlərin yerinə yetirilməsini onlara göstərilir.

O, ciddi və intizamlı olmaqla, ona tapşırılmış işlərin öhdəsindən həmişə layiqincə gəlir, institutun ictimai və siyasi işlərində həmişə aktiv olmuşdur.Cəbrayılova Gülnarə Qəzənfər qızı 60 illik həyatının 40 ildən çoxunu torpaqların melioriorativ vəziyyətinin öyrənilməsinə həsr etmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.