AMEA Tarix Muzeyində Cəbrayılın Cocuq Mərcanlı kənd məktəbinin şagirdlərinə “açıq dərs” keçirilib
Fev 27 , 2017 | 01:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 4154 )

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri üçün “Azərbaycan etnoqrafiyası” mövzusunda “açıq dərs” keçirilib.

Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində təşkil olunub.

Muzeyin etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova şagirdlərə burada mühafizə olunan əsərlər və Azərbaycan etnoqrafiyası barədə məlumat verib.

Sonra məktəblilər muzeyin ekspozisiya zalları ilə tanış olublar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.