Avg 27 , 2026 | 11:15 /
Özbəkistan Respublikası Elmlər Akademiyası Tarix İnstitutu və Gənclərlə İş üzrə Agentlik tərəfindən Daşkənd vilayətinin Bustanlıq rayonu, Çimyon kəndində yerləşən Gənclər düşərgəsində «Gənc tarixçilərin V yay məktəbi» təşkil olunub.
Qədim və zəngin tariximizi, milli dəyərlərimizi, özlüyümüzü dərindən dərk etmək və istedadlı gənc tarixçiləri üzə çıxararaq onlar arasında elmi əməkdaşlıq qurmaq məqsədi daşıyan bu layihənin miqyası ildən-ilə genişlənir. Əvvəlki illərdə yalnız ölkəmiz və qonşu dövlətlərin nümayəndələri iştirak edirdisə, buillik yay məktəbində özbəkistanlı gənclərlə yanaşı Azərbaycan, Tacikistan, Qırğızıstan və Qazaxıstandan gələn gənc alimlər bir araya gəlib. Bu isə regionumuzun gənc tarixçilərini birləşdirərək ortaq tariximizi qərəzsiz və yeni yanaşmalar əsasında öyrənməkdə mühüm addımdır.
Buillik tədbirdə Azərbaycandan 9 istedadlı gənc alimin fəal iştirak etməsi iki ölkə arasındakı dostluq və elmi əlaqələrin ardıcıl inkişaf etdiyini göstərir. Tədbirdə Bakı Dövlət Universitetinin nümayəndələri ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun doktorantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ayxan Mehdizadə də iştirak edib.
İnstitutdan gencalimler.az verilən məlumata görə o, yay məktəbi çərçivəsində keçirilən elmi müzakirələrdə fəal iştirak edərək Azərbaycan tarixşünaslığının müasir istiqamətləri, gənc tədqiqatçıların elmi əməkdaşlıq imkanları və region ölkələrinin ortaq tarixi irsinin araşdırılması ilə bağlı fikir və təkliflərini bölüşüb.
Ayxan Mehdizadənin gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi, onların beynəlxalq və regional elmi platformalara çıxışının genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər də xüsusi qeyd olunub. Onun rəhbərlik etdiyi Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti çərçivəsində gənc tədqiqatçılar arasında elmi əlaqələrin möhkəmləndirilməsi və birgə tədqiqatların təşviqi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan, Ayxan Mehdizadənin yay məktəbində iştirakı Azərbaycan gənc tarixçilərinin beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.











17821069371782120250.jpg)






