Okt 05 , 2026 | 09:11 /
Əziz müəllimlər və dəyərli pedaqoqlar!
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə AMEA Gənclər Akademiyası adından səmimi-qəlbdən təbrik edirik!
Müəllim bilik və təcrübəni gələcək nəsillərə ötürən, gənclərin dünyagörüşünün formalaşmasına, düşünmə, araşdırma və yaratmaq bacarıqlarının inkişafına istiqamət verən böyük bir qüvvədir. Elmə marağın, yeniliyə açıq düşüncənin və öyrənmək həvəsinin formalaşmasında müəllimin rolu əvəzsizdir.
Hər bir uğurlu alimin, mütəxəssisin və yaradıcı insanın inkişaf yolunda ona inanan, yol göstərən və potensialını üzə çıxaran müəllimin izi vardır. Sizin əməyiniz bu gün yetişdirdiyiniz gənclərin uğurlarında, sabah isə onların cəmiyyətə və elmə verəcəyi töhfələrdə öz əksini tapacaq.
Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, tükənməz enerji, pedaqoji fəaliyyətinizdə yeni nailiyyətlər və yetişdirdiyiniz gənclərin uğurlarından daim qürur duymağı arzulayırıq.
Sizin əməyiniz gələcəyin təməlidir!
Hörmət və ehtiramla,
AMEA Gənclər Akademiyası


















