Fotos
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ali təhsil ocaqlarının Tələbə Elmi Cəmiyyiyətləri ilə elmi əlaqələrin qurulması prosesinə start verdi
Apr 05 , 2017 | 12:47 / Mühüm hadisələr
Oxunma ( 2762 )
04 aprel tarixində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri Bakı Dövlət Universitetinin fakültələr üzrə Tələbə Elmi Cəmiyyətlərinin (TEC) sədrləri və üzvləri ilə görüşüb. Elmlə təhsilin inteqrasiyası ilə bağlı, respublikanın ali təhsil ocaqlarının TEC-ləri ilə elmi əlaqələrin qurulması və inkişafını hədəfləyən bu görüş,  AMEA Gənc Alim və Mütəxəssislər Şurası və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.   
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fiziki elmləri üzrə fəlsəfə doktoru, dosent  Famin Salmanovun, üzvləri: Yer elmləri üzrə fələsfə doktoru, dosent Orxan Abbasovun, hüquq elmləri doktoru Ayxan Rüstəmzadənin və Pərvanə Əliyevanın iştirak etdiyi görüşdə giriş nitqi ilə çıxış edən BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov qonaqları və TEC-lərin üzvlərini salamlayaraq, baş tutan görüşün əhəmiyyətindən və perspektivlərindən danışıb. O, qeyd edib ki, təmsil etdiyi Univeristetin rəhbərliyinin əsas məqsədlərindən biri də tələbə, magistr və gənc almilərin elmə adaptasiyasında və elmi tədqiqatların aparılmasında faəliyyətlərini inkişaf etdirmək, xüsusilə beynəlxalq elmi dairələrə inteqrasiyada daha da məhsuldar nəticələrin alınmasına nail olmaqdır. O, həmçinin Universitetdə mövcud olan TEC-lərin fəaliyyət istiqamətlərindən, əsas hədəflərindən və mövcud problemlərdən bəhs edən nitqlə çıxışını davam etdirib. 
Daha sonra çıxış edən Famin Salmanov qeyd edib ki, Şura tərəfindən irəli sürülən bu təşəbbüs AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci ili əhatə edən “Fəaliyyət planı”nda nəzərdə tutulub. Bununla bağlı ilk görüşün, məhz BDU-nun TEC-ləri ilə keçirilməsini heç də təsadüf kimi qiymətləndirmək olmaz. Sədr, həmkarı Daşqın Qənbərovun rəhbərlik etdiyi Komitə ilə sıx əlaqələrindən bəhs edərək qeyd edib ki, nəzərdə tutulan əməkdaşlıq AMEA-nın rəhbəri, akademik Akif Əlizadənin elm və təhsilin vəhdəti ilə bağlı həyata keçirtdiyi siyasətin təməl prinsipləri ilə əlaqədardır. “AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 4 illik faəliyyətində elm və təhsilin inteqrasiyası prosesi həmişə əsas prioritetlərdən biri olub. Bununla bağlı, Şuranın Azərbaycan üçün ənənəvilik baxımından ilk təşəbbüs kimi qiymətləndirilən silsilə layihələri olmuşdur.  Belə ki, Universitetin rəhbəri, akademik Abel Məhərrəmovun da iştirak etdiyi və yüksək təşəbbüs kimi qiymətləndirdiyi bu layihələrdən biri “Akademik Elm Həftəliyi – 2015”-dir. Bu layihə çərçivəsində respublikada elm, təhsil, sahibkarlıq subyektlərini, mövcud fondların və media təşkilatlarının bir araya gətirilməsi, hələ indilərdə aktuallıq daşıyan elmin təhsillə inteqrasiyası, kommersiyalaşdırılması və s. məsələrin faydalı müzakirəsi iki il bundan öncə təşkil edilib. Bundan başqa, Azərbaycanın ucqar bölgələri və həmçinin paytaxt Bakı daxil olmaqla müxtəlif ümumtəhsil ocaqlarının şagird, tələbə, magistr və gənc tədqiqatçıları üçün elmin populyarlaşdırılması, təbliği və təhsillə inteqrasiyası baxımından faydalı hesab olunan, respublika üçün qeyri ənənəvi sayılan layihələr həyata keçirilib və bu proses davam etdirilir.  
“Fizika fakültəsi”nin TEC-in sədri, fizika elmləri üzrə fəlsəfə doktoru, dosent Arif  Orucov,  “Geologiya fakültəsi”nin  TEC-in sədri, geologiya-mineralogiya elmləri doktoru, professor Nazim İmanverdiyev, “Biologiya fakültə”sinin TEC-in sədri Nurlan Əmrahov, “Şərqşünaslıq fakültəsi”nin üzvü Taleh Mansurov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, yer elmləri üzrə fələsfə doktoru, dosent Orxan Abbasovun, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə və s. çıxış edərək fikir və təkliflərini bildirdilər. Universitet nümayəndələri bu ali təhsil ocağına təhsi alan tələbə, magistr və gənc tədqiqatçıların əsas problemlərinin - mövcud müvafiq fondların imkanlarından istifadə olunması, elmi nəticələrin nəşri, praktiki əhəmiyyət daşıyan tədqiqatların aparılması, faktiki materialların çatışmamazlığı, eksperimental və analitik tədqiqatların həyata keçirilməsi və s. bağlı olduqlarını qeyd etdilər. 
Geniş müzakirələrdən sonra, Daşqın Qənbərov irəli sürülən fikirlərin, edilən qeydlərin və qabardılan problemlərin istər Universiet rəhbərliyi, istərsə də AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən həllinə çalışacaqlarını və ikitərəfli əməkdaşlıqda gənc alim və tədqiqatçılar üçün daha geniş auditoriyanı əhatə edəcək analoji disputların, elmi seminarların və müsabiqələrin təşkilinə çalışacaqlarını qeyd etdi. 
Famin Salmanov da öz növbəsində, tələbələrin qeyd olunan problemləri ilə bağlı, AMEA-nın müvafiq institularında BDU-nun gəncləri üçün "Açıq qapı" günlərinin, elmi seminarların və müxtəlif elmi sahələri əhatə edən tədqiqat obyektlərinə elmi turların təşkil ediləcəyinə çalışaqlarını vurğuladı. O, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci təqvim ili üzrə “Fəaliyyət planı”nda nəzərdə tutulan və Şuranın təşəbbüsü ilə  hazırda keçirilməsinə start verilən “Magistr -2017” və planlaşdırılan "Texnostart -2017” kimi layihələrə gələcək təhsil ocaqlarının, o cümlədən BDU-nun gənclərinin cəlb ediləcəyini də qeyd etdi.
 
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.