AZƏRBAYCAN HERONTOLOQLAR CƏMİYYƏTİ BEYNƏLXALQ HERONTOLOGİYA VƏ HERİATRİYA ASSOSİASİYASININ TƏRKİBİNƏ DAXİL EDİLİB
Sen 27 , 2017 | 05:51 /
Oxunma ( 3715 )

Azərbaycan uzunömürlülüyün özünü  ənənəvi populyasion fenomen kimi gostərdiyi respublikadır. Bu təsəvvür həm rəsmi statistik məlumatların, eləcə də KİV-də  tez-tez rast gəlinən materialların əsasında yaranıb.Uzunömürlülüyün genetik və fizioloji mexanizmlərinin öyrənilməsi hal-hazırda AMEA-nın A.İ.Qarayev adına  Fiziologiya İnstitutunun önəmli tədqiqat istiqamətlərindən biridir.

         Respublikamızda fəaliyyəti  və işi  uzunömürlülük  və uzunömürlülüyün yaşanması məsələlərini öyrənməklə bağlı olan digər təşkilat Azərbaycan Herontoloqlar  Cəmiyyətidir ki, onun da əsas təşkilatçısı və prezidenti  AMEA  A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru  biologiya elmləri doktoru Ulduz  Haşımovadır.

         Yarandığı ilk anlardan  bu cəmiyyət  əhalinin böyük yaş qruplarının yaşayışının keyfiyyətinin davamlı  yüksəlməsi  üçün mərkəzi və ərazi dövlət  orqanları, qeyri-kommersiya təşkilatları, alim və mütəxəssislərin nümayəndələrinin köməyi ilə tədbirlərin keçirilməsi yolu ilə, sosial herontologiya sahəsində təhsil proqramlarının yerinə yetirilməsi, ali və orta məktəblərdə  müasir herontologiyanın əsaslarının tədrisi üçün elmi və metodiki köməyin  göstərilməsi, dünyanın aparıcı herontoloji mərkəzləri və s. ilə əlaqələrin yaranması və saxlanması məsələlərini qarşısına  məqsəd qoyub.

         Cəmiyyətin ən böyük son nailiyyətlərindən biri,  elmin müvafiq bölmələri ilə məşğul olan ən böyük təşkilat, Beynəlxalq Herantologiya və Heriatriya Assosiasiyası tərkibinə daxil olmasıdır. BHHA cəmiyyətinin tərkibinə seçilmə  2017-ci ilin 23-27 iyulunda San-Fransiskoda  keçirilən Beynəlxalq  Herontologiya  və  Heriatriya  Konqresində vahid  səsvermə ilə qəbul  edilib. Bu hadisənin rəsmi təsdiqi  bu ilin 19 sentyabrında BHHA-nın  mənzil-qərargahında  olub.

         Qeyd etmək lazımdır ki, Azərbaycan Herontoloqlar Cəmiyyətinin BHHA-nın üzvi olması   beynəlxalq əlaqələr və imkanlara  böyük  perspektivlər  açır  və dünya elmi cəmiyyətləri ilə birlikdə uzunömürlülük fenomenini öyrənmək üçün  proyektlərin hazırlanmasına maraqları artırır.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.