"Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətləri" kitabı çapdan çıxdı
Dek 01 , 2017 | 11:00 / Elmi nəşrlər
Oxunma ( 3041 )

Mərkəzi Nəbatat Bağının Bitkilərin Mühafizəsi və Monitoriqi laboratoriyasının baş elmi işçisi, AMEA-nın müxbir üzvi Maqsud Qurbanov və Mərkəzi Nəbatat Bağının direktor vəzifəsini i.e., b.ü.f.d., dosent Vahid Fərzəliyevin "Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətləri" adlı kitabı çapdan çıxıb. Kitabda müxtəlif zaman kəsiklərində Abşeron yarımadasina introduksiysa edilmiş sərv növlərinin bioekoloji,rentgenoloji xüsusiyyətləri işiqlandırılmışdır.

Həmçinin bu əsərdə sərvlərin biomorfoloji əlamət və xüsusiyyətləri əsasında tərtib edilmiş hərfli-rəqəmsal politomik təyinat açarı və onun tətbiqinin müsbət nəticələri öz əksini tapmışdır. Eyni zamanda toxumların müqayisəli həyatiliyi, orta inkişaf sinfi və morfostrukturunun rentgenoqrafiki təhlili də verilmişdir

Kitab botaniklər, introduktorlar, biomüxtəliflik üzrə mütəxəssislər, biologiya və aqrar elmləri ixtisasları üzrə müəllim və tələblər üçün nəzərdə tutulmuşdur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.