«Bizim daim uğur qazanmaq, irəlidə olmaq şanslarımızın qarantı cənab İlham Əliyevdir»
Fev 14 , 2018 | 05:00 /
Oxunma ( 2361 )

 Famin Salmanov

 

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent

 

Yaxın müstəqillik tariximizə nəzər salsaq, ölkəmizin digər müvafiq sahələrdə olduğu kimi, elmin inkişafında da dinamizmə nail olmaq məqsədində gənclərin potensialının düzgün istiqamətləndirməsi və istifadəsi ilə əlaqədardır ən ali səviyyədə ˗ ölkə rəhbərliyi miqyasında bir sıra mühüm qərarlar qəbul olunmuş və aidiyyəti qurumlar tərəfindən həyata keçirilmişdir. Birmənalı şəkildə düşünmək olar ki, ölkədə gənc nəsillərin, o cümlədən elmi gəncliyin inkişafına hesablanan müdrik siyasi qərarlar, fundamental və ənənəvi dəyərlərə söykənmiş ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin müasir transformasiyası baxımından spesifik əhəmiyyət kəsb etməklə, ölkə prezidenti cənab İlham Əliyevin yeni mərhələdə davam edən gənclər siyasətinin konsepsiyasında həmişə göz oxşayır.

Belə ki, 1996-ci ildən bu yana Azərbaycan gənclərinin forumunun keçirilməsi artıq ənənə halını almışdır. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada Beynəlxaql gənclər günü elan edilməmişdən öncə, Azərbaycanda 1997-ci ildə “2 fevral - ümumrespublika Gənclər günü”nün təsis edilməsi haqqında mühüm Sərəncamın imzalanması ulu öndərimizin gəncliyə verdiyi böyük önəmin, dəyərin təzahürüdür.

 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının həyata keçirilməsi, ardınca “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi və nəhayət 2017-ci il 15 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına dair Sərəncamı, həmçinin həmin proqramın məqsəd və vəzifələri göstərir ki, Azərbaycanda gənclər siyasəti zaman və məkan nöqteyi-nəzərindən lokanik və müddətli deyil, məhz dövri xüsusiyyət daşımaqla bərabər, mahiyyətcə geniş miqyaslıdır. Silsilə xarakterli belə dövlət proqramlarının məqsəd və vəzifələrində elmlə bağlı, yüksək klasifikasiyalı kadrların hazırlanması, fundamental və tətbiqi xüsusiyyətli elmi problemlərin həllində onların bilik və bacaraqlarından istifadə edilməsi, həmçinin gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi kimi vacib məsələlərin yer alması respublikada elmlə məşğul olan gənclərin gələcək inkişafında xüsusi stimul yaratmışdır. İndiyədək həyata keçirilmiş proqramların gənc elm adamlarının inkişafında, xüsusən, onların timsalında Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rolu olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, xüsusi istedad və bacarıqları ilə seçilən gənclərimiz üçün “ilin gənc alimi”, xüsusən Prezident Mükafatının təsis edilməsi və ümumilikdə analoji yeniliklərin həyata keçirilməsi, digər sahələrdə fəaliyyət göstrərən gənclər kimi, elmlə məşğul olan gənclər üçün də yeni imkanlar yaratmaqdadır. Bundan başqa, həmin proqramların icrası ilə əlaqədar bir sıra dövlət təşkilatları, o cümlədən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu da sırf gənclərimizin elmi-yaradıcıllıq imkanlarını yüksəltmək, onların dünya elm mərkəzləri ilə təmaslarını genişləndirmək məqsədilə mütəmadi olaraq layihə müsabiqələri elan etmiş və onları reallaşdırmışdır. Nəticə-etibarilə, məhz cənab Prezidentin sərəncamları ilə imzalanan öncəki proqramların həyata keçirilməsi ilə əlaqədar AMEA-nın müxtəlif elmi profilli müəsissələrində fəaliyyət göstərən yüzlərlə gənc dünyanın ABŞ, Çin, Yaponiya, Almniya və s. kimi gəlişmiş, elmdə böyük nailiyyətlər əldə etmiş ölkələrin ən qabaqcıl elmi mərkəzlərində uzunmüddətli ixtisasartırma kurslarında, təlimlərdə və digər tədbirlərdə iştirak etmək imkanlarını qazanmışlar, həmçinin nüfzulu elmi konfrans, forum, konqreslərdə Azərbaycan elmini layiqincə təbliğ etmişlər.

Azərbaycan Milli Elmlər Akademiyasında uğurla həyata keçirilən genişmiqyaslı islahatlar və əldə olunan mühüm nailiyyətlər İlham Əliyev siyasətindən dəstək və güc alaraq, yeni elmi nailiyyətlərin qazanılmasına meydan açır.

Cənab Prezidentimizin siyasi dəst-xəttini, ölkənin inkişafına yönəlik həm daxili və hə də xarici siyasi manevrlərini izləyən gənc alim və mütxəssislər Azərbaycanın müdrik və çevik liderinə daim güvənir,  İlham Əliyevi xalqımzın xoşbəxtliyi üçün əvəzsiz qarant kimi qəbul edir. Fəaliyyət dairəsindən asılı olamayaraq, AMEA-da və Azərbaycanda çalışan hər bir Azərbaycan gəncini ümumilli lider Heydər Əliyevin siyasi məktəbinin əlaçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Bizim daim uğur qazanmaq, irəlidə olmaq şanslarımızın qarantı cənab prezidentimiz İlham Əliyevdir. Azərbaycanın elmi gəncliyi sizi dəstəkləyir – cənab Prezident!

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.