Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi seminar keçirilib
İyn 28 , 2018 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2321 )

AMEATorpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkərlar Komitəsinin təşkilatşılığı ilə elmi seminar keçirilib. Seminarda İnstitutunun Torpaqların minerologiyası və kimyası laboratoriyasının müdiri Hüseyn Mehdiyev “Torpaqda mineralların əmələgəlməsi və onun təsərrüfatlarda istifadə əhəmiyyətləri” adlı məruzə ilə çıxış edib. Məruzədə mineralların təyin etmə xüsusiyyətləri, Lil fraksiyaların və  “MİNİ FLEKS-600”lərin mineral əmələgəlmədə rolları və istifadə tədbirləri, mineralların münbitlikdə və strukturda əhəmiyyətləri və s. mövzulara toxunulub. İnstitutun əməkdaşları seminarı maraqla dinləyib, öz sualları və təklifləri ilə çıxış ediblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.