Fotos
Gənc tədqiqatçıların məruzələri dinlənilib
Noy 24 , 2018 | 12:03 / Mühüm hadisələr
Oxunma ( 2897 )
22-23 noyabr 2018-ci il tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı çərçivəsində gənc tədqiqatçıların maraqlı mövzularda məruzələri dinlənilib.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Təranə Rüstəmovanın təqdim etdiyi məruzə "Biblioqrafik informasiya resurslarının tərtibində innovativ yanaşma" möz ucunda olub. Məruzə Azərbaycan biblioqrafiyaşünaslığının inkişaf problemlərindən bəhs edir. Yeni biblioqrafik informasiya resursunun yaradılması ideyası qeyd olunur. T.Rüstəmova bu biblioqrafiyanı "Müştərək universal xarakterli biblioqrafik resurs"lar adlandırır. Eyni zamanda qarşıya çıxan problemlərin həlli yollarını göstərmişdir.
Konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından ümumilikdə 500 tezis təqdim olunmuşdur. Konfrans öz işini 15 bölmədə davam etdirmişdir.
 Konfransın materialları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin  dərc olunması  tövsiyə edilən  elmi nəşrlər siyahısına daxil ediləcək.
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.