Fəlsəfə və elmlər doktoru olmaq istəyənlər xaricdə indeksli jurnallarda daha çox məqalə dərc etdirməli olacaqlar
İyn 13 , 2019 | 08:45 / Mühüm hadisələr
Oxunma ( 4081 )

"Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının ikisi həmmüəllifsiz olmaqla beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir". Bu Bu haqda məlumat ölkə rəhbərinin "Elmi dərəcələrin verilməsi haqqında" təsdiq etdiyi Əsasnamədə qeyd edilir. Dəyişikliyə görə, elmlər doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beşi həmmüəllifsiz olmaqla humanitar və ictimai elmlər üzrə on beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə azı üç, dəqiq və təbiət elmləri üzrə on, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə azı beş məqaləsi dərc edilməlidir. Müvafiq ixtisaslar üzrə dissertasiyanın mövzusuna uyğun təqdim edilmiş yerli patent dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən Azərbaycan Respublikasının dövri elmi nəşrlərində bir məqaləyə, həmmüəllifsiz olduqda iki məqaləyə bərabər tutulur.
Müvafiq ixtisaslar üzrə dissertasiyanın mövzusuna uyğun təqdim olunmuş beynəlxalq patent dissertasiyaların əsas elmi nəticələrini əks etdirən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən bir məqaləyə, həmmüəllifsiz olduqda iki məqaləyə bərabər tutulur. Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərin sayı fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün azı üç (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri xaricdə dərc olunmaqla), elmlər doktoru elmi dərəcəsi iddiaçıları üçün isə azı beş (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı ikisi xaricdə dərc edilməklə) olmalıdır. Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərə, o cümlədən elektron nəşrlərə dair tələbləri Komissiya müəyyən edir. Dissertasiyaların əsas elmi nəticələrini əks etdirən və bu Əsasnamə ilə müəyyən olunmuş sayda elmi işlər dissertasiya müdafiəsi üçün ilkin müzakirədən azı bir ay əvvəl dərc edilməlidir. Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən elmi işlər dissertasiya müdafiəsi üçün ilkin müzakirədən əvvəl həmin sistemlərdə (bazalarda) yerləşdirilməlidir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.