Apr 27 , 2026 | 11:00 / Mühüm hadisələr
Aprelin 24-də Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Diasporuna Dəstək Fondu və Qazi Universitetinin dəstəyi və Kərkük Kültür Dərnəyinin təşkilatçılığı ilə "Milli kimlik və soydaşlıq irsi" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, AMEA Gənclər Akademiyasının Elmi-kütləvi tədbirlərin təşkili departamentinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev də iştirak edib. Türkmanşünas alim açılış panelində "Azərbaycanda türkman milli kimliyi və onun tarixi səciyyəsi" adlı məruzə ilə çıxış edib.
Qeyd edək ki, elmi konfransda Azərbaycan və Türkiyə alimləri ilə yanaşı, İraq, Suriya və Livandan türkman nümayəndə heyətləri də iştirak edib.


















