Fotos
AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağı birgə xarici əməkdaşlığı genişləndirir
İyl 09 , 2019 | 04:42 / Görüşlər
Oxunma ( 2285 )

İngiltərənin Kil Universitetinin təbiət elmləri şöbəsinin əməkdaşı Dr. Piter Tomas və Polşa Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Sistematika və Coğrafiya laboratoriyasının əməkdaşları Dr. Monika Derinq və Dr. Qrzeqorz İszkulo AMEA Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının qonağı olublar.

Botanika İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Validə Əlizadə və Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.e.d. Vahid Fərzəliyevin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

V.Əlizadə qonaqlara Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında  məlumat verib. Qonaqlar İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan fəaliyyət haqqında məlumat verilib.
Qonaqlar əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiyası sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.
Səfər müddətində qonaqlar Mərkəzi Nəbatat Bağının əməkdaşları ilə birlikdə ölkəmizin bir sıra təbiət ərazilərinə təşkil olunmuş ekspedisiyalarda iştirak ediblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.