Fotos
Nobel mükafatçı Aziz Sancarın laboratoriyasında tədqiqat işi aparan gənc mütəxəssis əldə etdiyi elmi nəticələrin təqdimatını edib
İyl 22 , 2019 | 05:01 / Mühüm hadisələr
Oxunma ( 1760 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) seminar keçirilmişdir.

İlk olaraq, Əsmər Əliyeva tədqiqat sahəsi üzrə “Azərbaycan populyasiyası üçün STR allel tezlikləri databazasının GlobalFiler kiti ilə təkmilləşdirilməsi” mövzusunda təqdimat ilə çıxış etmişdir. O, Nyu York Ştat Universitetinin Məhkəmə Tibbi Ekspertiza Biologiyası fakültəsində təhsil alır. Tədqiqat işini Dr. Arati İyengarın rəhbərliyi altında Nyu York Ştat Polisinin Məhkəmə Ekspertizası laboratoriyası ilə birgə çalışan Şimal Şərqi Regional Məhkəmə Tibbi Ekspertiza İnstitutunun laboratoriyasında aparır.

Sonra GEİ İnsan Genetikası qrupunun elmi işçisi Xaqani Eynullazadə  apardığı tədqiqatlar barədə çıxış etmişdir. O, ABŞ-ın Şimali Karolina Universitetində Nobel mükafatı laureatı Professor Aziz Sancarın laboratoriyasında tədqiqat işi aparmış və əsas DNT təmir mexanizmlərindən olan Nucleotide Excision Repair də DDB2 proteinin rolunu öyrənmişdir. O, bildirir ki, bu mexanizmin öyrənilməsi xərçəng xəstəliyinin müalicəsində mühüm əhəmiyyətə malikdir.

Daha sonra GEİ İnsan Genetikası qrupunun elmi işçisi Səbinə Fərhadova çıxış etmişdir. O, 2018-ci ildə AMEA  və Fransanın Montpelye Universiteti tərəfindən  birgə PhD proqramı üzrə müsabiqənin qalibi olmuş və tədqiqatlarını  Montpelye Universitetindən Dr. Robert Feil və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanovun rəhbərliyi altında həyata keçirir. S.Fərhadova Siçan Embrionik Kök hüceyrələrindən istifadə etməklə İmprintinq Xəstəliklərinin molekulyar analizi mövzusunda dissertasiya işi üzərində tədqiqat aparır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.