İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri araşdırılır
Avg 24 , 2019 | 08:55 / Mühüm hadisələr
Oxunma ( 2017 )

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri araşdırılır, eləcə də elektron elm mühitinə kiberfiziki sistemlərin inteqrasiyası məsələləri tədqiq olunur.

Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə şəbəkə mühitində texniki nasazlıqların diaqnostikası üçün ekspert sistemləri yaradılmasının arxitektura-texnoloji prinsipləri işlənilib, ekspert diaqnostik sistemlərin model və metodları analiz edilib. Texniki sistemlərdə diaqnostika aparılıb, simsiz şəbəkə sistemlərinin müasir vəziyyəti və inkişaf tendensiyaları, mikroprosessor arxitekturasında istifadə olunan yeni yanaşmalar araşdırılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.