2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlarla bağlı məsələ müzakirə edilib
Sen 26 , 2019 | 09:07 / Mühüm hadisələr
Oxunma ( 1473 )

AMEA-nın elmi müəssisələrində 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək hesabatların elmi şuralarda vaxtında müzakirə olunub təqdim edilməsini tövsiyə edib.

İclasda hesabatların, o cümlədən müəssisələr tərəfindən həyata keçirilmiş elmi, elmi-təşkilati və digər göstəricilər üzrə fəaliyyət barədə hesabatların AMEA-nın müvafiq elmi bölmələrinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim edilməsi qərara alınıb. Bölmənin elmi müəssisələrində, eləcə də respublikanın digər elmi tədqiqat və ali təhsil müəssisələrində bölmənin profilinə uyğun aparılan fundamental tədqiqatların mühüm elmi nəticələri, elmi tədqiqat işlərinin gedişi, tamamlanmış mövzular, habelə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar bölməyə və onun tərkibinə daxil olan elmi müəssisələrə tapşırılmış elmi, elmi-texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi barədə hesabatın hazırlanıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Həmçinin tabeliyində elmi müəssisə və ali məktəblər olan nazirliklərin, eləcə də digər dövlət qurumlarının hesabatlarının AMEA-nın elmi bölmələri ilə birlikdə müzakirədən sonra AMEA Rəyasət Heyətinə təqdim edilməsi Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına tapşırılıb.
AMEA-nın müxbir üzvü Ə.Sadıqov gündəlikdə yer alan elmi istiqamətlər üzrə elmi şuralar barədə məsələyə də toxunub. Akademik-katib AMEA Rəyasət Heyəti və Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının elmi istiqamətlər üzrə elmi şuraların yaradılması haqqında birgə qərarını xatırladıb. Elmi şuraların nümunəvi əsasnamə layihəsinin hazırlandığını və şuraların tərkibinin formalaşdırılaraq, təsdiq olunmaq üçün AMEA Rəyasət Heyətinə təqdim olunduğunu qeyd edib.
AMEA Rəyasət Heyətinin qərarı ilə elmi istiqamətlər üzrə elmi şuraların tərkibi və nümunəvi əsasnaməsi təsdiqlənib, elmi şuraların fəaliyyətini bu sənədə uyğun təşkil etmək şura sədrlərinə həvalə olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.