AMEA Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd olunacaq
Sen 30 , 2019 | 12:35 / Mühüm hadisələr
Oxunma ( 1893 )

Oktyabrın 2-də saat 11:00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunan “Müasir kimyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın keçirilməsində məqsəd kimya sahəsində son nailiyyətlərin, kimyanın tədrisi problemlərinin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, respublika və xarici tədqiqatçılar, elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında elmi əlaqələrin yaradılmasıdır.
Tədbir "Neft, yanar şistlər, səmt qazları və təbii qazların emalının aktual problemləri", "Neft-kimya sintezinin perspektiv istiqamətləri, kompüter kimyası", "Ekologiya və enerji problemlərinin həllində “yasıl kimya”", "Aqrokimya və farmokimyanın aktual problemləri", "Nanotexnologiyalar", "Katalizatorlar, katalitik sistemlər, katalitik proseslər, proseslərin optimallaşdırılması və riyazı modelləşdirilməsi", "Səthi-aktiv maddələr və xüsusi təyinatlı reagentlər" və "Kimyanın tədrisinə yeni yanaşmalar (elm və təhsilin inteqrasiyası)" bölmələri üzrə təşkil ediləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.