Gən alimin vulkan palçığından gübrənin alınması ilə bağlı elmi ixtirası patentləşdirilib
Yan 31 , 2020 | 06:00 /
Oxunma ( 3392 )

Azərbaycanda 350-dən çox palçıq vulkanı vardır. Onlar müxtəlif dərinliklərdən yer səthinə böyük həcmdə palçıq xaric edirlər. Vulkan palçığının mülaicəvi, həmçinin tikinti və s. sahələrdə istifadəsinin mümkünlüyü haqqında informasiyalar məlumdur. Lakin Azərbaycan alimləri ilk dəfə olaraq, vulkan palçığı xammalı əsasında kompleks gübrə alıblar.  

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun həmmüəllifi olduğu elmi ixtira işlədiyi İnstitutun, eləcə də akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının birgə tədqiqat işlərinin nəticəsində ərsəyə gətirilib və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.
Həmmüəlliflər üzvi-mineral kompleksin hazırlanması texnologiyası üçün vulkan palçığı ilə bərabər, istehsalat tullantılarından da istifadə etmişlər. Hazırlanmış gübrənin müxtəlif torpaqlarla əlaqəli variantlarının tətbiqi onların bitkilərin inkişafına müsbət  təsirini təsdiqləmişdir.
Hazırda, elmi ixtiranın nəticələrinin tətbiqi, o cümlədən alınmış üzvi-mineral kompleksin kənd təsərrüfatı sahələrində geniş istifadəsilə bağlı çalışmalar davam etdirilir.
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.