AMEA-nın "Gənc tədqiqatçı" jurnalı Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi yenilənmiş elmi nəşrlər siyahısına da daxil edilib
Fev 11 , 2020 | 08:57 / Elmi nəşrlər
Oxunma ( 2858 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının elmi dərgisi olan "Gənc tədqiqatçı" jurnalının fəaliyyəti monitorinq olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən pedaqogiqa istisna olmaqla bütün elm sahələri üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınıb.

2017-ci ildən "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında yer alan "Gənc tədqiqatçı" jurnalı 2015-ci ildən ildə iki dəfə nəşr olunur.  Hər bir buraxılışda Akademiya və digər ali təhsil müəssislərində və idarə-təşkilatlarda elmin bütün bölmələri üzrə gənc alimlərin fundamental və tətbiqi elmi tədqiqatlarının ən mühüm nəticələrini özündə ehtiva edən məqalələrə yer verilir.

http://aak.gov.az/jurnals/2020_siyahi/riyaz_mex_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/fiz_astr_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/kim_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/tex_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/yer_cog_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/tib_acz_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/bio_aqrar_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/iqt_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/huq_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/fels_sos_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/siya_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/psixo_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/tar_ant_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/filol_elm_nesr_20.pdf

http://aak.gov.az/jurnals/2020_siyahi/sanat_mem_elm_nesr_20.pdf

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.