AMEA Radiasiya Problemləri İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub
Mart 28 , 2020 | 02:20 / Elmi nəşrlər
Oxunma ( 3166 )

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun alimləri - R. SərdarlıF. SalmanovN. Əliyeva  və R. Abbaslının "Radiotezlik diapazonunda (TlGaSe2)1-x (TlInSe2)x bərk məhlulların empedans spektroskopiyası" adlı məqaləsi nüfuzlu Modern Physics Letters B jurnalında dərc olunub. Məqalədə (TlGaSe2)1−x (TlInSe2)x bərk məhlullarda dəyişkən cərəyanla yüklənmə prosesləri öyrənilmişdir. İmpakt faktoru 0.731 olan bu jurnal Science Citation IndexMaterials Science Citation IndexCurrent Contents/Physical, Chemical & Earth Sciences, Astrophysics Data SystemMathematical ReviewsInspec, CSA Meteorological & Geoastrophysical Abstracts və Scopus kimi nüfuzlu beynəlxalq elmi bazalara daxildir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.