Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc tədqiqatçısının məqaləsi xarici jurnalda dərc olunub
Sen 21 , 2020 | 12:00 / Elmi nəşrlər
Oxunma ( 2172 )

Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssilər Şurasının sədri Fərid Mustafayevin  “Water-salt regime in the meliorated soils of the Shirvan and their influence on agricultural plants producti (Ujar Support Station)ˮ (Şirvan düzündə meliorasiya olunmuş torpaqlarda su-duz rejimi və onların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri–Ucar Dayaq Məntəqəsində) adlı  elmi məqaləsi Polşada nəşr edilən nüfuzlu “Budownictwo o zoptymalizowanym potencjale energetycznym(Construction of Optimized Energy Potential) jurnalında dərc olunmuşdur. Məqalədə aparılmış uzun müddətli kompleks tədqiqatlara əsasən Şirvan düzündə meliorasiya olunmuş torpaqlarda su-duz rejiminin öyrənilməsi haqqında ətraflı məlumatlar verilmişdir.  Müəyyən edilmişdir ki,  həmin torpaqlarda duzların miqdarı profil boyu 0,226-1,268 % , qrunt  sularının minarallığı 2,815-3,125 q|l;

onların yerləşmə dərinliyi 2,75-2,90  m,  drenaj sularının minerallığı 5,45-6,36 q|l; suvarma sularınının minerallığı  0,585-0,682 q|l, humusun miqdarı 2,44-0,56 %,  pH 7,9-8,7 və fiziki gilin miqdarı  isə 50,28-65,56 % arasında dəyişmişdir. Duzların miqdarının azalmasına və su-fiziki xassələrinin nisbətən yaxşılaşdırılmasına  səbəb  həmin ərazilərdə son zamanlar aparılmış aqromeliorativ tədbirlər sisteminin tətbiq olunmasıdır. Bu proseslər   həmin sahələrdə bitkilərin məhsuldarlığının 10-15 % artmasını mümkün etmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.