Gənc alimin məqaləsi yüksək impakt faktorlu jurnalda işıq üzü görüb
Mart 11 , 2021 | 01:52 / Elmi nəşrlər
Oxunma ( 1986 )

AMEA-nın Radiasiya Problemləri İnstitutunun gənc alimi, fizika üzrə fəlsəfə doktoru Günel İmanovanın “Gamma rays mediated water splitting on nano-ZrO2 surface: Kinetics of molecular hydrogen formation” adlı məqaləsi “Elsevier” nəşriyyatının “Radiation Physics and Chemistry” beynəlxalq jurnalında dərc olunub.

Qeyd edək ki, sözügedən jurnal “Web of Science”, “SCOPUS” və Emerging Sources Citation Index (ESCI) bazasına daxildir və impakt faktoru 2.226-dır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.