AMEA Botanika İnstitutunun alimlərinin məqaləsi "Web of Science" beynalxalq bazasına daxil olan «Dendrobiology» jurnalında dərc olunub
Mart 15 , 2021 | 09:59 / Elmi nəşrlər
Oxunma ( 1214 )

AMEA Botanika İnstitutu və ABŞ-ın Bitki Toplanılması Əməkdaşlığı arasında bağlanmış Memorandum çərçivəsində Azərbaycanın yabanı florasının öyrənilməsi üzrə aparılan muasir tədqiqatların nəticələri akademik Validə Əlizadə, doktorant Aidə İbrahimova və xarici (İsveç və ABŞ) həmmüəlliflər Henrik Sjöman, Philip Douglas, Anna Levinsson, Tobias Emilsson, Björn Wiströmin iştirakı ilə "Web of Science" beynalxalq bazasına  daxil olan «Dendrobiology» impakt faktorlu (1.375) jurnalında dərc olunan «Evaluation of Alnus subcordata for urban environments through assessment of drought and flooding tolerance» adlı məqalədə öz əksini tapıb. Əldə olunan nəticələr göstərir ki, dəyişən iqlim şəraitində ekosistemlərin bərpası, sel və kəskin quraqlıq kimi mənfi amillərə dözümlülük xüsusiyyətlərinin tədqiqi üçün ağac növlərinin düzgün seçilməsi və introduksiyası vacib şərtlərdən biridir. Məqalədə Azərbaycanın cənub hissəsində, Hirkan meşələrində yayılan Alnus subcordata C.A. Mey (Ürəkyarpaqlı qızılağac) nadir ağac növünün bu kimi mühitlərdə dözümlülük qabiliyyəti tədqiq edilib və qiymətləndirilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.