Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib
Mart 31 , 2021 | 03:49 / Mühüm hadisələr
Oxunma ( 1675 )

Bu gün AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatıçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı online anım tədbiri keçirilib. Tədbirin əvvəlində  soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. F.Mustafayev qeyd edib ki, mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir. 1918-ci il 31 mart tarixində S.Şaumyanın başçılıığı ilə bolşevik-daşnaq birləşmələri Azərbaycanda misli görünməmiş soyqırımı törətdilər. Azərbaycanın müstəqilliyini boğmaq, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədi ilə təşkil olunmuş bu soyqırımı Azərbaycan xalqının tarixinə qan yaddaşı kimi həkk olundu. Sözün həqiqi mənasında qılıncdan keçirilib, dözülməz işgəncələrə məruz qalan xalqımız bu tarixi əsrlər keçsə belə unuda bilməyəcək. Daha sonra tədbirdə İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvü Nərmin Şərifova çıxış edərək, soyqırımı zamanın erməni quldur dəstələri təkcə insanlara qarşı  yox eyni zamanda bu torpaqlarda tarixi, mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandırdıqlarının qeyd edib. Təxmini hesablamalara görə, mart soyqrımı zamanı Bakıda 15-20 min Şamaxıda 7 min , Qubada isə 6 min nəfər qətlə yetirilmişdir. Qeyd edək ki, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbyacanlıların Soyqırımı Günü kimi qeyd olunur. Tədbirin sonunda Soyqırımı Gününə həsr olunmuş video rolik nümayiş olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.