"Geologiya və geofizikada innovasiyalar" mövzusunda gənc alim və tələbələrin 8-ci Beynəlxalq Elmi Konfransı keçiriləcək
Apr 21 , 2021 | 12:05 / Mühüm hadisələr
Oxunma ( 2679 )

Geologiya və Geofizika İnstitutu (GGİ) "Geologiya və geofizikada innovasiyalar" mövzusunda gənc alim və tələbələrin 8-ci Beynəlxalq Elmi Konfransını təşkil edir. Elmi tədbir "Nizami Gəncəvi ili" nə həsr olunmuşdur və 5-8 oktyabr 2021-ci il tarixlərində Azərbaycan, Bakı şəhərində keçiriləcəkdir.

Konfransın məqsədi bütün geologiya, geofizika sahələrindən olan gənc tədqiqatçıları bir araya gətirməkdir.

Maraqlanan sahələrə aşağıdakılar daxildir:

  • Yer qabığının araşdırılmasında yeni yanaşma və metodlar;
  • Geoloji və geofiziki problemlərin həllində informasiya texnologiyaları;
  • Yer tarixinin dövrləşdirmə problemləri və geoloji hadisələrin əlaqəsi
  • Karbohidrogen və filiz-maqmatik sistemlər
  • Kompüter elmləri və geologiyası - Yer qabığının maddi və struktur təkamülünün geodinamik qanunauyğunluqları

Qeydiyyət üçün aşağıda ki linkə daxil olun:

https://sites.google.com/view/ggi2021

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.