Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasəti” mövzusunda online tədbir keçirilib
May 07 , 2021 | 04:32 / Mühüm hadisələr
Oxunma ( 1066 )

Bu gün  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda YAP AMEA ərazi təşkilatı və İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasəti” mövzusunda online tədbir keçirilib. Tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini a.e.ü.f.d. Qoşqar Məmmədov YAP AMEA ərazi təşkilatının sədri b.ü.e.d. Ulduzə Qurbanova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, YAP AMEA ərazi təşkilatının sədr müavini f.ü.f.d. Famin Salmanov, İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev, şuranın üzvləri və AMEA-nın digər təşkilat və müəssisələrinin gənc alimləri iştirak ediblər. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini a.e.ü.f.d. Qoşqar Məmmədov çıxışında qeyd edib ki, Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Tarixə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Bizim ən böyük sərvətimiz biri də Heydər Əliyevin siyasi irslərindən olan aqrar sahənin inkişafında həyata keçirilən islahatlardır. Azərbaycan aliminə və elminə yüksək qayğı göstərən Heydər Əliyev ölkəmizi elm mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi.

Daha sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri  Famin Salmanov bildirib ki, ümummilli lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclər sahəsinə, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət və qayğı ilə yanaşıb. Ölkəmizdə elmi gəncliyin inkişafına dəstək verilməsi Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. YAP AMEA ərazi təşkilatının sədri b.ü.e.d. Ulduzə Qurbanova qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bugün üçün deyil, gələcək üçün də çox əhəmiyyətlidir. Bu gün də ölkə tarixinin Heydər Əliyev dönənimdə aqrar sahədə əldə olunmuş nailiyyətlər barədə çıxışlar edilir və digər tədbirlər həyata keçirilir. Çıxış edən İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev qeyd edib ki, Azərbaycan dövləti dünyada layiq olduğu mərtəbəyə məhz Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Ulu öndərin aqrar nəzəriyyəsi və aqrar siyasətində torpaq, ona xas olan münasibətləri, bütövlükdə  aqrar baxışları, ərzaq proqramı, əhalinin ərzaqla təminatı istiqamətləri öz əksini tapmışdır.

Daha sonra tədbirdə İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Əli Adıgözəlov, Nuranə Yüzbaşova və Aygün Məmmədova çıxış ediblər. Gənc alimlər çıxışlarında qeyd ediblər ki,  Azərbaycan xalqı, Azərbaycan gənci çox qürurlu və xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var.

Ümummilli lider bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı, gəncləri ardınca aparmışdır.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş video rolik nümayiş etdirilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.