Gənc alimin məqaləsi “Springer” nəşriyyatında işıq üzü görüb
May 20 , 2021 | 03:12 / Elmi nəşrlər
Oxunma ( 1899 )

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun və akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə çapdan çıxıb.

“Springer” nəşriyyatının nüfuzlu “Mechanics of Composite Materials” impakt faktorlu jurnalında işıq üzü görən məqalə “İlkin qeyri-bircins istilik gərginlikli içiboş ikiqatlı silindirdə burulma dalğalarının dispersiyası” adlanır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.