May 21 , 2021 | 06:00 / Mühüm hadisələr
7 oktyabr 2021-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan Respublika Gənclər Konfransı keçiriləcək. Tədbir aşağıdakı bölmələr üzrə baş tutacaq:
Seksiya 1.
Filologiya elmləri
- Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr olunan ədəbiyyatşünaslıq bölməsi
- Səməd Vurğunun anadan olmasının 115 illiyinə həsr olunan dilçilik bölməsi
Seksiya 2.
Sənətşünaslıq elmləri
- Lətif Kərimovun anadan olmasının 115 illiyinə həsr olunan mədəniyyətşünaslıq bölməsi
- Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunan incəsənət bölməsi
Məruzə tezislərinin tərtib olunma qaydaları:
- Mətn Microsoft Word redaktorunda (Times New Roman) şriftilə - 12 ppt, sətirlərarası 1,5 intervalda, A4 formatda (210x297 mm) yığılır.
- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan aşağıda isə elmi dərəcəsi, iş yeri və elektron ünvanı (hamısı kiçik hərflə) göstərilməlidir;
- Mətnin sağ tərəfində 1 sm, sol tərəfində 3 sm, aşağı hissəsində 2 sm, yuxarı hissəsində isə 2 sm boşluq olmalıdır;
- Tezis Azərbaycan dilində yazılarsa xülasə ingilis dilində;
- Tezis ingilis dilində yazılarsa, xülasə Azərbaycan dilində;
- Tezis rus, fars, ərəb dillərində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində tələb olunur.
- Xülasələr daxil olmaqla tezisin həcmi 3 səhifəyə qədər olmalıdır.
Məruzə tezislərinin qəbul olunması üçün son tarix 1 avqust 2021-ci ildir.
Konfransın materialları PDF şəklində konfransdan sonra muzeyin saytında yerləşdiriləcək.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Ünvan: AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53
Tel.: (+994 12) 492 38 27
E-mail: [email protected]