İyl 30 , 2021 | 03:50 / Müsahibələr, çıxışlar
Xoşbəxt o xalqdır ki, vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, istedadı ilə tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda xidmətə həsr etmiş tarixi şəxsiyyətləri olan övladları var.
Xoşbəxt o xalqdır ki, onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətə ləyaqət və uğurla xidmət edən dahiləri var.
Bəli - dövləti qurub-yaradan, mənalı ömrünü xalqına sədaqətlə xidmətə həsr edən, həyatda məqsədi qurub-yaratmaq olan insanlar dahi şəxsiyyətlərdir.
Məhz belə dahi şəxsiyyətlər sırasına yüksəlmiş Azərbaycan övladı AMEA- nın prezidenti akademik Ramiz Mehdiyevi göstərmək olar.
Bəzən sapı özümüzdən olan baltaların ədəb və qaydaları çərçivəsinin bütünlüklə aşıldığı müsahibəsini dinlədikcə cəmiyyətimizdə ikiüzlülüyün, və əqidəsizliyin sinoniminə çevrilmiş, bəzi nankor insanların diqqətinə çatdırmaq istəyirəm.
Kiminsə sifarişi əsasında yalan məlumatları tirajlamaq gerçək qələm sahiblərinə yaraşan davranış tərzi deyil. Jurnalistlərin başlıca missiyası cəmiyyəti həqiqi və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir.
Belə bir məsəl var “Duzu yeyib, duzqabını sındıranlar” bu sözümü yaxşı yaxşı dərk edin dərk edin ki, akademik Ramiz Mehdiyev Azərbaycan tarixinin səhifələrində hər zaman dahi siyasətçi, millətini, xalqını sevən insan, müdrik bir şəxsiyyət kimi qalıb və qalacaq.
Ömrünü xalqınına dövlətinə xidmətə həsr edən şəxsiyyət haqqında əks fikirləriniz bu insana hörmətimizi daha çox artır.
Həmişə dövlətçiliyi hər şeydən üstün tutan alimin həyat yolu ulu öndər Heydər Əliyevlə birlikdə Azərbaycan tarixinə həkk olub. Bu gün Görkəmli siyasi lider iqtisadiyyatın, sosial və mədəni inkişafın əsasını elm təşkil etdiyi bir dövürdə Akademiyamızın fəaliyyətinin təkmilləşdirilməsi və vaxtı ilə mövcud qüsurların aradan qaldırılması üçün öz səylərini əsirgəmir.
Akademik ölkəmizdə aparılan çoxşaxəli islahatlara uyğun olaraq, AMEA-nın da yeniləşən Azərbaycanın hədəfləri ilə səsləşən quruma çevrilməsinin zəruriliyini düşünərək ölkəmizin intellektual potensialının gücləndirilməsində, milli strateji maraqların təmin olunmasında, beynəlxalq aləmdə Azərbaycan elminin nüfuzunun yüksəldilməsində öz layiqli töhfələrini vermək üçün AMEA qarşısında layiqli xidmətini yerinə yetirir. Bugünkü akademyamızın, təhsilimizin inkişaf yolları, savadlı gənc nəslin yetişdirilməsi, yüksək səviyyəli kadrların hazırlanması məsələləri də alimin diqqətindən kənarda qalmır.
Əsl alimin əqidəsi ona əsaslanmalıdır ki, “elm sahiblərini elmlərin çoxluğu ilə deyil, əməllərin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır.
Bu gün biz Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutu əməkdaşları olaraq böyük qürur hissi keçiririk ki, Ulu Öndər siyasətini keçmiş siyasi rəhbər ilə bir dövrdə yaşayırıq.
Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında da akademikin böyük rolu vardır.
Biz akademiya gəncləri olaraq, AMEA-nın prezidenti kimi də ölkəmizin rəhbəri İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirən daim elmi axtarışlarda, qəlbi isə Vətənimizin tərəqqisi, yüksəlişi və azadlığı arzusu ilə döyünməkdə olan görkəmli fılosof-alim, dövlət xadimi, yüksək fitri istedad sahibi,olduqca sadə təbiətli, səmimi, yüksək insani keyfiyyətlərə malik, mübariz bir şəxsiyyətin akademiyada icra etdiyi fəaliyyətini dəstəkləyir və alimizlə fəxr edirik!.
Tünzalə Zeyvəliyeva
AMEA Dendrologiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri