Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda yayımlanıb
Avg 04 , 2021 | 11:50 / Elmi nəşrlər
Oxunma ( 1762 )

AMEA Dendrologiya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və Xəzər Universitetinin əməkdaşlarının (Güllü Əliyeva, Samirə Rüstəmova və Cavid Ocaqi) birgə tədqiqat işinin nəticəsini əks etdirən “Molecular diversity and phylogenetic analysis of Azerbaijan oaks (Quercus spp.) revealed by RAPD markers” adlı məqalə Web of ScienceScopus  kimi nüfuzlu bazlarda indeksləşən Caspian Journal of Environmental Sciences(CJES) jurnalında yayımlanır.

Məqalə Dendrologiya İnstitununu doktorantı Güllü Əliyevanın “Azərbaycan florasında paladın (Quercus L.) bəzi növlərinin morfoloji və genetik polimorfizminin tədqiqi” adlı fəlsəfə doktorluğu dissertasiya işinin nəticələrinin bir hissəsini əks etdirir. Qeyd edək ki, tədqiqat zamanı palıd üzərində Azərbaycanda ilk dəfə 10 RAPD praymerdən istifadə etməklə molekulyar səviyyədə analizlər aparılmış, molekulyar müxtəliflik, genotiplər arasında filogenetik əlaqə, genotiplər arasında genetik oxşarlıq və s. tədqiq edilmiş, alınmış nəticələr müasir statistik metodlar vasitəsi ilə təhlil edilərək PİC, EMR və Mİ kimi mühüm statistik parametrlər qiymətləndirilmişdir. Bu tədqiqatda əldə edilən yüksək EMR və MI qiymətləri, istifadə olunan RAPD markerlərinin genetik dəyişikliyin qiymətləndirilməsi və palıd populyasiyaları arasında filogenetik analizi üçün faydalı olduğunu göstərir. Nümunələrdə polimorfizmin yüksək olması genetik müxtəlifliyin yüksək olmasının göstəricisidir. Bu isə onu deməyə əsas verir ki, yerli növlərdə yeni növün əmələ gəlməsi və adaptivlik potensialı yüksəkdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.