Azərbaycanlı alimlərin növbəti məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
Avg 11 , 2021 | 10:47 / Elmi nəşrlər
Oxunma ( 1724 )

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə Birləşmiş Krallığın nüfuzlu hesab edilən Q1 kateqoriyalı “Waves in random and complex media” jurnalında dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Taylor & Francis”ə məxsus 4,853 impakt faktorlu dərginin son saylarında işıq üzü görən məqalə “Qeyri-bircins ilkin istilik gərginlikli ikiqat boş silindrdə yayılan oxasimmetrik boyuna dalğaların dispersiyası” adlanır.

Xatırlamaq yerinə düşər ki, son illər həmmüəlliflərin ərsəyə gətirdiyi bir neçə məqalə də ABŞ, Avropa və Asiyanın yüksək reytinqli jurnallarında öz yerini alıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.