Noy 05 , 2021 | 05:00 / Mühüm hadisələr
Ölkələrin tarixindəki müharibələrdə və əhəmiyyətli döyüşlərdə qazanılan qələbələri anmaq üçün Zəfər Günü dövlət və bayramlarına xüsusi günlərə verilən addır. Azərbaycanda da bu tarix 8 Noyabr gününə təsadüf edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020 - ci il sentyabrın 27 - dən etibarən Ermənistanın yeni işğal planlarının və ardıcıl təxribatlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Azərbaycan Ordusunun başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edilmişdir.
Rəşadətli Azərbaycan Ordusu 44 gün sürən hərbi əməliyyatlar nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini işğaldan azad etdi. Hərbi sahədə Azərbaycanın qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bu isə Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Beləliklə də, Ermənistanı 20 noyabr Ağdam, 25 noyabr Kəlbəcər və 1 dekabr Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020 - ci il tarixli Sərancamı ilə milli qürurumuzun və xalqımızın qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı nüfuzu və baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8 - i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bir sözlə, Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də şüara çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyərək, vədinə əməl etdi. Noyabrın 8 - i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Biz inanırıq ki, xalqımızın əsrlər boyu yaşadığı, bizim doğma və tarixi torpaqlarımız olan Göyçə mahalı, Zəngəzur və İravana qayıdacağıq. Mütləq qayıdacağıq!
Günel MƏMMƏDOVA
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi