Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Fev 18 , 2022 | 02:13 / Mühüm hadisələr
Oxunma ( 706 )

Fevral ayının 18-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Ülviyyə Bəşirova “Ae/Be Herbiq tipli HD179218 ulduzunda spektral dəyişkənlik” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Ae/Be Herbiq tipli HD179218 ulduzunun spektral analizindən danışıb. O, qeyd edib ki, işdə həmin ulduzun hidrogenin Balmer seriyasının spektral xətlərinin, HeI, NaD2, NaD1, SiII və DIB xətlərinin ekvivalent enləri, şüa sürətləri, yarımenləri və dərinlikləri ölçülmüş, həmin parametrlərin zamandan asılılıq qarafikləri qurulmuşdur. Aşkar edilmişdir ki, 2015-ci ildə alınan xarakterik vaxt yəni kvazitsiklik dəyişmə (hansı ki, 40 günə bərabərdir) 2017-ci ildə də SiII, NaD2, NaD1 xətlərində də özünü göstərir. Bundan başqa SiII xətti 40 günlük dəyişməni saxlayır.

Ulduzun  spektrləri 2017-ci ildə AMEA ŞAR-nın 2 metrlik teleskopunda Kasseqren fokusunda Eşelle spektrometrivastəsilə alınmışdır (R=28000, S/N=100). Spektrlər DECH proqramı ilə işlənmiş, spektral xətlərin ekvivalent enləri ölçülmüşdür.

Tədqiqat işinin nəticəsi olaraq müəyyən edilmişdir ki, yüksək ionlaşma potensialına malik xətt (HeI) müsbət şüa sürəti göstərdiyi halda ,kiçik ionlaşma potensialına malik xətlər(DNaI) mənfi şüa sürəti göstərir.Bu da onu göstərir ki,yüksək ionlaşma potensialı xətlər maddə akkresiyası zonasında yarana bilər.Bu da Ae/Be tipli ulduzlarda maqnitosfer akresiyasının mövcud olduğu ehimal olunur.

Seminar iştirakçılarının marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR)

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.