“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına həsr olunmuş infosessiya keçiriləcək
Apr 25 , 2025 | 03:00 / Digər elanlar
Oxunma ( 98 )

8 may 2025-ci il tarixində saat 11:00-da AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına həsr olunmuş infosessiya keçiriləcəkdir.

İnfosessiyanın məqsədi “Enterprise Azerbaijan” portalı tərəfindən icra edilən beynəlxalq akselerasiya proqramı barədə iştirakçılara ətraflı məlumat vermək, startap ekosistemi nümayəndələri ilə bilik və təcrübə mübadiləsini təşviq etmək, habelə AMEA-nın elmi-tədqiqat müəssisələrinin əməkdaşları və doktorantları arasında proqramda iştirak imkanlarını genişləndirməkdir.

Tədbirdə proqramın məqsəd və vəzifələri, əhatə dairəsi, mərhələləri, iştirak şərtləri, həmçinin yerli və beynəlxalq tərəfdaşlıqlar, mentorluq və təlim imkanları haqqında təqdimat olacaqdır.

Tədbirdə gənc alim və mütəxəssislər, doktorant və dissertantlar, o cümlədən maraqlanan şəxslər iştirak edə bilərlər.

Koordinator: Aynur Günəşli - AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi, tel.: (+994 12) 492 65 31

Ünvan: AMEA-nın Mərkəzi Elmi Kitabxanası (“Smart room” zalı), Bakı ş., H.Cavid pr.,129

Azərbaycan Milli Elmlər Akademiyası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.