Avg 25 , 2025 | 11:10 / ELMİN TƏBLİĞİ
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 21-26 avqust 2025-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində “Milli dəyərlərlə rəqəmsal gələcəyə” şüarı altında gənc alim və tədqiqatçıların yay düşərgəsi təşkil olunub.
Respublikanın müxtəlif ali və elmi-tədqiqat müəssisələrindən olan gənc alimlər, magistrantlar və doktorantlar layihədə həm milli-mənəvi dəyərlərin qorunması, həm də rəqəmsal dünyanın çağırışlarına uyğun inkişaf imkanları barədə müzakirələr aparıblar.
Düşərgənin açılışı Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev iştirak ediblər.
25 avqust tarixində düşərgənin bağlanış mərasimi keçiriləcək. Düşərgə öz işini 26 avqust tarixində başa vuracaq.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgəyə 90 nəfər magistr, gənc alim və tədqiqatçı qatılıb. Düşərgənin təşkil olunmasında məqsəd gənc alim və tədqiqatçıların bir araya gələrək bilik və təcrübə mübadiləsi aparması, elmi əməkdaşlıqlar qurulması, innovativ ideyaların təşviqi və intellektual inkişaf mühitinin gücləndirilməsidir.









16875088521721716066.jpg)









