"Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII)" keçiriləcək
Sen 17 , 2025 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 353 )

NASCO XXVIII, doktorantların və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq və gənc alimlərin inkişafı məqsədi ilə hər il keçirilən nüfuzlu tədbirdir. 2025-ci ilin dekabr ayının 16-17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyində keçiriləcək bu konfransda ölkənin müxtəlif universitet və tədqiqat mərkəzlərində tədqiqat aparan doktorantlar və gənc alimlər, habelə xaricdə tədqiqat aparan azərbaycanlı doktorant və gənc tədqiqatçılar öz elmi tədqiqatlarını təqdim edəcəklər. Konfransın əsas məqsədi elmi mübadiləni təşviq etmək, gənc tədqiqatçıların peşəkar inkişafına dəstək vermək və müxtəlif elmi istiqamətlərdə yeni ideyaların müzakirəsi üçün platforma yaratmaqdır.

Konfrans haqqında ətraflı məlumat almaq və məqalə göndərmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz.

https://nasco.asoiu.edu.az/home

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.