“HUMANİTAR VƏ İCTİMAİ ELMLƏR YENİ TARİXİ MƏRHƏLƏ MÜSTƏVİSİNDƏ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏK
Sen 26 , 2025 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 288 )

10 dekabr 2025-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Humanitar və İctimai elmlər yeni tarixi mərhələ müstəvisində” mövzusunda II Respublika Elmi Konfransı keçiriləcək. Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini cari ilin 15 noyabr tarixinədək göndərməlidirlər. Mətnlərin qəbulu haqqında məlumat 15-22 noyabr tarixlərində veriləcək. Konfransın AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçiriləcəkdir.

Qəbul şərtləri:

- Konfransa ölkənin müxtəlif ali təhsil məktəbləri və elmi-tədqiqat müəssisələrindən gənc alim və tədqiqatçılar qatıla bilərlər.

- Magistr və doktorantlar məruzənin tam mətnini elmi rəhbərinin (məsləhətçilərinin) rəyi ilə birlikdə təqdim etməlidirlər (rəyin skan variantı əlavə olunmalıdır);

- Konfransın dili Azərbaycan, türk, rus və ingiliscədir;

- Xülasə ingilis dilində, 150-250 sözdən ibarət olmalı və mətnin əvvəlində verilməlidir (ingilis, rus və türkcə mətnlərdə isə azərbaycanca);

- 5 açar söz qeyd olunmalıdır;

- Məruzə mətninin tərtibinə dair tələblər: Times New Roman, 12 şrift, kənar ölçülər hər tərəfdən 2,5 sm, abzas 1 sm, interval 1,15.

- Məruzə mətnin adı böyük hərflərlə ortada, məruzəçinin adı, soyadı, doktorantı (magistr) olduğu müəssisə və ya işlədiyi yer, e-mail ünvan səhifənin sağ tərəfində qeyd olunmalıdır;

- Məruzənin tam mətninin həcmi 6-8 səhifə olmalıdır (məruzənin tam mətni üçün şablon əlavə olunur);

- Ədəbiyyat siyahısı AAK-ın tələblərinə uyğun hazırlanmalı (şablonda qeyd olunub) və istinadlar böyük mötərizədə göstərilməlidir. Məsələn, [2, s.23];

- Məruzə mətnləri göndərilərkən konfransın hansı bölməsinə aid ediləcəyi haqqında qeyd e-mailin mövzu hissəsində göstərilməlidir (humanitar və ya ictimai);

- Məruzə mətni tələblərə uyğun olaraq hazırlanmalıdır, əks halda dəyərləndirilməyə buraxılmayacaq;

- Məruzənin tam mətni əvvəllər heç bir yerdə təqdim olunmamalı və çap edilməməlidir;

- Məruzə mətni konfransın mövzuları, elmi şərtlərə uyğunluğu və tədqiqatın orijinallığı nəzərə alınaraq Elmi heyət tərəfindən dəyərləndiriləcəkdir;

- Məruzənin mətnini Konfransın Təşkilat Komitəsinə göndərən iştirakçılar onların çap olunmasını təsdiq etmiş olur;

- Məruzə mətnləri [email protected] elektron ünvanına göndərilməlidir.

Konfransın mövzuları aşağıdakı əsas başlıqlar altında qruplaşdırılacaq:

- Elmi-texniki tərəqqi və humanitar fikir
- İctimai elmlər və müasir elmi-texniki tərəqqi
- Mədəni müxtəliflik və tolerantlıq
- Mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq və arxiv işi



MƏRUZƏNİN TAM MƏTNİNİN ŞABLONU

 

MÜASİR TEXNİKİ TƏRƏQQİ VƏ TƏBİƏT

 

Məmməd Məmmədov
Bakı Dövlət Universiteti, doktorant (dissertant, magistrant)
Bakı şəhəri, Z.Xəlilov küç, 36
 
Mammad Mammadov
Baku State University

 

MODERN TECHNICAL PROGRESS AND NATURE

 

Summary


Text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text, text,tex

Keywords: text, text, text, text, text

Mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, mətn, …

İstifadə edilmiş ədəbiyyat:


1. Gözəlov, K. Təbiət və insan / K.Gözəlov. – Bakı: Nurlan, – 2013. – 324 s.
2. Gözəlova, T. Təbiət gözəldir // – Bakı: Təbiətşünaslıq, – 2023. № 6 (24), ­– s. 34-37.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.