“İlin Alimi-2025” mükafat müsabiqəsinin nəticələri açıqlanıb
Yan 19 , 2026 | 01:49 / Elmi müsabiqələr
Oxunma ( 81 )

Azərbaycan Elm Fondu (AEF) tərəfindən keçirilmiş “İlin Alimi-2025” mükafat müsabiqəsi üzrə təqdim olunmuş elmi işlərin qəbul və elmi ekspertiza mərhələsi başa çatıb.

Bu barədə AzərTac-a AEF-dən bildirilib. Müsabiqə çərçivəsində təqdim edilmiş elmi işlər Azərbaycan Elm Fondunun daimi və müstəqil ekspertləri tərəfindən beynəlxalq qiymətləndirmə meyarları əsasında obyektiv və şəffaf şəkildə qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən, müsabiqə üzrə maliyyələşdirilməsi və mükafatlandırılması tövsiyə olunan qaliblər müəyyən edilib.

Alim və tədqiqatçılar üzrə nominasiyalarda I yerə Rasim Alosmanov (mükafat məbləği 2500 manat), II yerə Şəhriyar Muxtarov (mükafat məbləği 2000 manat), III yerə Elçin Hüseynov (mükafat məbləği 1500 manat) layiq görülüblər.

Gənc alim və tədqiqatçılar (35 yaşadək) üçün nominasiyalarda I yeri Lalə Qəhramanlı (mükafat məbləği 1500 manat), II yeri Raisə Haxiyeva (mükafat məbləği 1000 manat), III yeri isə Fidan Qüdrətova (mükafat məbləği 500 manat) tutub.

Qaliblər 2026-cı ilin yanvar ayında keçiriləcək rəsmi təqdimat mərasimində mükafatlandırılacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.