Fotos
Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib
Yan 19 , 2026 | 04:50 /
Oxunma ( 85 )

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib.

İclasda çıxış edən AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, Rəyasət Heyətinin 10 sentyabr 2025-ci il tarixli qərarı ilə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyası yaradılıb və kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev Gənclər Akademiyasına sədr təyin edilib. Əlavə edib ki, Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva, Elmi-kütləvi tədbirlərin təşkili departamentinin müdiri filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə, Rəqəmsal Mobillik Mərkəzinin müdiri isə Günel Əzimova təyin olunub.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Seyidnisə Lətifli isə sədr müavini seçilib.

Yeni idarə heyətində elmi və ictimai fəallığı ilə seçilən gənclərdən Pəri Hümbətova, Nərmin Həsənova, Nəzrin Əliyeva, Leyla Məmmədova və Mirkamil Ağayev təmsil olunublar.

 

Science.gov.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.