Fotos
Şərqşünaslıq İnstitutunda “Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli: reallıqlar və perspektivlər” adlı tədbir keçirilib
Yan 30 , 2026 | 03:55 / Mühüm hadisələr
Oxunma ( 26 )

Yanvarın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli: reallıqlar və perspektivlər” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu, bu tarixin, ümumiyyətlə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Heydər Əliyevin gənc nəslin inkişafına davamlı qayğı göstərdiyini söyləyən akademik G.Baxşəliyeva qeyd edib ki, Ulu Öndər ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı və gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdi.

Dövlətin gənclər siyasətinin bu gün Ümummilli Liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırıldığını deyən akademik G.Baxşəliyeva ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin nəticəsində bu gün vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin formalaşdırıldığını vurğulayıb.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü müasir dövrdə Azərbaycan gənclərinin ictimai, mədəni və siyasi proseslərdə rolundan danışaraq, dövlətimizin gənclərə xüsusi qayğısını qeyd edib. Şərqşünaslıq İnstitutunun gənc alimlərinin elmi potensialını yüksək qiymətləndirən R.Cümşüdlü onların müəssisənin ictimai həyatında da fəal olduqlarını bildirib.

Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev gənclər siyasətinin dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olduğunu deyərək, bun gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olduqlarını, ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verdiyini, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak etdiyini bildirib. Azərbaycanın gənc alimlərinin elmi inkişaf perspektivlərini yüksək dəyərləndirən E.Mustafayev Şərqşünaslıq İnstitutunun gənc alimlərinin öz elmi uğurları ilə xüsusi seçildiyini vurğulayıb.

Tədbirdə bir qrup gənc alimə Şərqşünaslıq İnstitutunun Fəxri fərmanları təqdim edilib. Fəxri fərmanları institutun direktoru akademik Gövhər Baxşəliyeva və elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlü təqdim ediblər.

Sonda elmi işçi Nərminə Mustafayeva təltif edilənlər adından gənc alimlərə yüksək dəyər verdiyinə görə insitutut rəhbərliyinə təşəkkürünü bildirib.

Science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.