Fotos
Əlyazmalar İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
Fev 03 , 2026 | 04:58 / Mühüm hadisələr
Oxunma ( 19 )

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Gənclər günü” münasibətilə tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun Elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli öncə iştirakçıları “2 Fevral – Gənclər günü” münasibəti ilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Gəncləri gələcəyin memarı adlandıran alim “Süni intellekt”in inkişaf etdiyi bir dövrdə institutun gənc tədqiqatçılarına qarşıya qoyduqları məqsədə nail olmaları üçün sistemli şəkildə işləməyi, intensiv tədqiqat aparmağı tövsiyə edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu günün ölkəmizdə 1997-ci ildən etibarən “Gənclər günü” kimi qeyd olunması ənənəsi gənclər siyasətinin dövlətimizin inkişafının əsas istiqamətlərindən biri olduğunu bir daha sübut edir. Daha sonra çıxış üçün sözü məruzəçilərə verib.

Tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səadət Mustafayevanın “Azərbaycanın elmi inkişafında gənc nəslin rolu”, şuranın katibi Nərgiz Mustafazadənin “Prezidentin gənclər siyasəti” və Biblioqrafiya şöbəsinin baş mütəxəssisi Gülnarə Ağayevanın “Süni İntellekt və gənc alimlər: Müasir çağırışlar və imkanlar” mövzusunda məruzələri dinlənilib.

Tədbir Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki iclası ilə davam edib. İclas çərçivəsində şura üzvlərinin yekdilli qərarı ilə Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşı Günel Şakirli institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.

Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.

Science.gov.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.