Fev 02 , 2026 | 01:00 / Digər elanlar
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu olaraq, son 3 il ərzində tarix elminin təbliği və onun geniş ictimaiyyətə çatdırılması məqsədilə YouTube platformasında iki fərqli layihə — “Azərbaycan tarixi – Tarixçilərin dili ilə” və “Tarixi şəxsiyyətlər” — həyata keçirmiş, bu layihələr çərçivəsində ümumilikdə 23 video yayımlanmışdır.
Uzun müddət həm konseptual, həm də elmi baxımdan üzərində çalışılan yeni layihə isə “Gənc Tarix” adlanır.
“Gənc Tarix” — tarixi mövzuların gənclər üçün anlaşıqlı dildə, canlı müzakirə formatında təqdim olunduğu podkast və veriliş tipli bir layihədir. “Gənc Tarix” — İnstitutun gənc doktorantları, dissertantları və əməkdaşlarının iştirakı ilə tarixi mövzuların gənclər üçün sadə və anlaşıqlı dildə, canlı müzakirə formatında təqdim olunduğu podkast tipli diskussiya layihəsidir.
Layihənin əsas məqsədi obyektiv tarixşünaslığa töhfə vermək, tarixin mübahisəli və az işıqlandırılmış məqamlarını müxtəlif nəsillərin dialoqu əsasında müzakirəyə çıxarmaq, eyni zamanda gənc tarixçilərin elmi baxışlarının formalaşmasına və dissertasiya mövzularının keyfiyyətli işlənməsinə dəstək olmaqdır. Layihənin “Azərbaycan SSR-də milli məsələ və kadr siyasəti (XX əsrin 20–30-cu illəri)” mövzusunda ilk buraxılışının qonağı tarixçi alim, Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev olub. Auditoriya ilə interaktiv şəkildə keçən müzakirəni isə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ayxan Mehdizadə aparıb.
Tarix və Etnologiya İnstitutunun "Gənc Tarix" layihəsinin ilk buraxılışı artıq YouTube platformasında yayımlanmışdır:
Link: www.youtube.com









16875088521721716066.jpg)









